Gülən tərəfdarı Amerika universitetinə rektor təyin edildi

Rüstəm Əliyev/AZADİNFORM. Fətullah Gülənin terrorçu cərəyanı ilə əlaqədar axtarılan, Fateh Universitetinin keçmiş rektoru Şərif Əli Təkalan Texas ştatında Şimali Amerika (North Amerika University) universitetinə rektor təyin edilib.

Azadinform Anadolu Aqentliyinə istinadən xəbər verir ki, North Amerika Universiteti 2010-cu ildə Texas ştatında FETÖ tərəfindən yaradılıb. Onun 3-cü rektoru kimi Təkalanın təyin edilməsi haqqında xəbər 19 dekabrda universitetin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Şərif Əli Təkalan Türkiyədən Avropaya ordan da ABŞ-a qaçıb. Onun adı Türkiyənin axtardığı terrorçular siyahısına daxil edilib və onun tutulub təhvil verilməsi üçün 300 min türk lirası məbləğində mükafat təyin edilib.

9.01.2017 13:41 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.01.2017
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo