Azərbaycan bu uğuru təkbaşına əldə etdi

Leyla Məhərrəmova/AZADİNFORM. Ermənistanın xarici borcu 1,5 milyard dollar artır. Onun dövlət büdcəsi isə 2 milyard dollar təşkil edir. 

Azadinform xəbər verir ki, bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti o qədər ağırdır ki, bu vəziyyətdən çıxmaq Türkiyəsiz, həmçinin Azərbaycansız mümkün deyil. Politoloq xatırladıb ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistana bildirdi ki, Türkiyə ilə münasibətlərini qaydaya salsın. Politoloq hesab edir ki, bu münasibətlərin qaydaya salınmasının açarı da Dağlıq Qarabağ münaqişəsidir. Politoloq bildirib ki, Lavrov bunu bir erməni kimi dedi: “İndi Rusiya Ermənistanı xilas etmək iqtidarında deyil. Ona görə də Lavrov Ermənistanın dövlətçiliyi üçün belə bir çağırış etdi”. M. Əhmədoğlu əlavə edib ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın hərbi uğuru tarixi maksimuma çatdı: “Horadiz əməliyyatından sonra 25 ildə Azərbaycan apreldə 4 günlük müharibədə qələbə əldə etdi. Həmin dövrdə Rusiya-Türkiyə münasibətləri gərgin idi. Azərbaycan bu uğuru təkbaşına əldə etdi”. Politoloq bildirib ki, Prezident Ağdərə məsələsini xüsusi qeyd edir. Çünki Ağdərə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxildir: “Bizim Ağdərədən torpaq götürməyimiz böyük əhəmiyyət kəsb edir. Ağdərədən torpaq götürməklə Mardakert, oradan  Kəlbəcərə çıxırıq”. Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verənlər Azərbaycanı dünyaya yeni sifətdə tanıtdı: “Fransa ATƏT-in Minsk qrupuna ermənipərəst olmayan diplomatı – Stefan Viskontini təyin etdi. ABŞ ermənilərin narazılıqla qarşıladığı səfir Riçard Hoqlandı həmsədr təyin etdi. Hansı ki, Hoqland ermənilərin uydurma soyqırımı iddialarına cavab olaraq arxivlərin açılması ideyasını dəstəkləyir. Minsk qrupuna bu cür həmsədrlərin təyin edilməsi aprel döyüşlərinin nəticəsidir”.

9.01.2017 13:00 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo