Zəlimxan Yaqub abidəyə çevrildi

Yanvarın 9-da Fəxri xiyabanda, Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub.

Azadinform Azərtaca-a istinadən xəbər verir ki, elm, mədəniyyət xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin şairə xüsusi qayğısı və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib. Akademik şairin xatirəsinə ucaldılmış abidənin müəllifi - Xalq Rəssamı Natiq Əliyevin və memarı Tərlan Həsənovun heykəli böyük ustalıqla yaratdıqlarını söyləyib.

Mərasimdə çıxış edənlər Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər. Onun son anadək qələmi yerə qoymadığını və yazdığı şeirlərin hər zaman aktual olduğunu söyləyiblər.

Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq.

9.01.2017 12:47 / Baxılıb: 190 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo