Ötən il Azərbaycanın xarici siyasətində ən ciddi uğur İranla münasibətlərdə oldu

Leyla Məhərrəmova / AZADİNFORM. 2016-cı il ağır olub. Bu Rusiya-ABŞ qarşıdurması ilə xarakterizə edilir.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu Suriya məsələsində özünü göstərdi. Həmçinin ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. M. Əhmədoğlu əlavə edib ki, geosiyasi vəziyyət iqtisadiyyata da təsir göstərdi. Politoloq hesab edir ki, 2016-cı il paradoksaldır: “ABŞ-da əhali Klintona səs versə də, Tramp prezident seçildi". O dünyadakı iqtisadi vəziyyətə də münasibət bildirib. Politoloq bildirib ki, dünya iqtisadiyyatında da paradoksallıq özünü göstərdi. O əlavə edib ki, dünyadakı iqtisadi böhranın Azərbaycana daxil olmasına qarşı  Prezident aktiv fəaliyyət göstərdi. M. Əhmədoğlu qeyd edib ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu Azərbaycanın atdığı addımların uğurlu olduğunu dedilər: “Azərbaycan Prezidenti iqtisadiyyat sahəsində bir çox işlər gördü. Strateji yol xəritələri hazırlandı". M. Əhmədoğlu vurğulayıb ki, Azərbaycan addım atan kimi dünyada ona inam artır. Politoloq  hesab edir ki, Azərbaycan iqtisadi gərginlikdən çıxacaq. O qeyd edib ki, ötən il Azərbaycanın əldə etdiyi uğurlar tarixi maksimum həddə çatıb. Prezidenti Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdi. Politoloq qeyd edib ki,  Rusiya-Azərbaycan münasibətlərində dinamizm oldu: “Ötən il Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Azərbaycana silah satması məsələsini qaldırdı. Rusiya prezidenti Vladimir Putin isə sanki bir azərbaycanlı kimi Sarkisyana 4-5 parametr əsasında Azərbaycanın gücü haqqında danışdı”. Politoloq əlavə edib ki, ötən il Azərbaycanın xarici  siyasətində ən ciddi uğur İranla münasibətində oldu. İran öz ərazisindəki dəmiryolu layihəsinin tikintisi üçün Azərbaycandan borc istədi. O həmçinin əlavə edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya 3 tərəfli formatı Avrasiya materikində geostrateji təhlükəsizliyin fundamentini təşkil edir.

9.01.2017 12:30 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2017
    19.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo