DİN "Dəmirçi Plaza"dakı qətllə bağlı məlumat yayıb

Adəm Abbaslı/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) Bakıda ofisdə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai rayon Polis İdarəsi 37-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

9.01.2017 11:20 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo