Politoloq: Respublikaçılar ikitərəfli münasibətlərdə daha qətiyyətli siyasət yürüdəcəklər

Leyla Məhərrəmova/AZADİNFORM. “ABŞ-da hakimiyyətə gah demokratların, gah da respublikaçıların gəlməsi ilə daxili və xarici siyasətdə böyük dəyişikliklər baş vermir. Bu ölkənin oturuşmuş daxili və xarici siyasət kursu var”. 

Bu fikri Azadinform-a ABŞ dövlət  katibi Con Kerrinin yeni katiblə əvəzlənməsi məsələsini şərh edən politoloq Zaur Məmmədov  deyib. O qeyd edib ki, ənənəvi olaraq rəsmi Bakı üçün Respublikaçılar ilə təmasda olmaq daha əlverişlidir. Çünki bu partiyanın xarici siyasi maraqları ilə Azərbaycan hakimiyyətinin maraqları bir-birinə yaxındır.

Z. Məmmədov əlavə edib ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqazda nüfuzunun, təsirinin azalmasının şahidiyik: “Tramp dövrü isə gözlənilməz siyasi kursla nəticələnəcək”. 

Politoloq hesab edir ki, bu il ABŞ-Azərbaycan münasibətlərində istiləşmə müşahidə  edəcəyik: “Obama Administrasiyasından fərqli olaraq Respublikaçılar ikitərəfli  münasibətlərdə daha qətiyyətli siyasət yürüdəcəklər”.

9.01.2017 10:30 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo