Cəbhədən SON MƏLUMAT

Adəm Abbaslı/AZADİNFORM. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Müdafiə Nazirliyindən Azadinform-a bildirilib ki, düşmən Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

9.01.2017 09:50 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo