Rəfsəncani sabah dəfn olunacaq

Adəm Abbaslı/AZADİNFORM. İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

Məlumata görə, İranın sabiq prezidenti Haşimi Rəfsəncani yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı Təcriş xəsətxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

İranın yüksək rütbəli rəsmiləri mərhum eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin cənazəsinin saxlandığı yerə, Camaran hüseyniyyəsində gəlib.

Bildirilir ki, onun dəfn mərasimi həftənin ikinci - yanvarın 10-da baş tutacaq.

Bir sıra xarici ölkələr Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran hökumətinə başsağlığı veriblər.  Öz növbəsində, İranın ali dini lideri Ayətullah Xamenei öz başsağlığında uzun illərin dostunun itirilməsini çətin və ağrılı adlandırıb.

Qeyd edək ki, Təcriş xəstəxanasında vəfat etdikdən sonra Haşimi Rəfsəncaninin cənazəi Camaran hüseyniyyəsinə gətirlib. İran prezidenti Haşimi Rəfsəncaninin ölümü münasibətilə ölkə 3 gün matəm elan edib.

Xatırladaq ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

9.01.2017 09:05 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo