Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salındı

AZADİNFORM. Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.

Azadinform-un Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.

8.01.2017 13:58 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo