Sabah hava necə olacaq?

AZADİNFORM. Yanvarın 9-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Azadinform Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə hava dumanlı, səhər çiskinli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti,

dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

8.01.2017 13:14 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2017
    19.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo