Applenin direktorunun maaşı 1.5 milyon dollar azalıb

ABŞ-ın “Apple” şirkətinin direktoru Tim Kukun maaşında azalma olub.

Azadinform-un xarici KİV-ə istinadən məlumatına görə, şirkətdən yayılan hesabatda 1,5 milyon dollarlıq azalmanın olduğu açıqlanıb. Nəticədə Tim Kukun maaşı aylıq 8,7 milyon dollara qədər azalıb.

Buna səbəb “iPhone 7”lərin  satışında gözlənilən nəticənin əldə olunmaması göstərilib. Belə ki, 215,6 milyard dollar qazanan Apple gözlənilən 223,6  milyarda çata bilməyib.

Qeyd edək ki, Apple 2015-ci ildə 234 milyard dollar qazanaraq rekorda imza atmışdı.

8.01.2017 12:56 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo