Salyanda kürəkən qayınatasını bıçaqlayıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Natiq Mirəziz oğlu Qasımov ailə münaqişəsi zəminində kürəkəni tərəfindən bıçaqlanıb. N.Qasımov üzünün sol tərəfinin geniş kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yardım göstərildikdən sonra Natiq Qasımov ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

8.01.2017 10:32 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo