Oğlunu itirən Göyçay sakini intihara cəhd edib

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Xəbərə görə, hadisə bu gün rayonun Xəlitli kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Ailəli və 3 uşaq anası olan S. Mikayılovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu yaxınlarda onun oğlan övladını avtomobil vuraraq öldürüb. Hazırda onun 3 qız övladı var.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

7.01.2017 18:01 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo