Bakıda Dəmirci Tower-də öldürülənin kimliyi açıqlanıb (YENİLƏNİB)

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb. 

Məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.


14:20


***


Bakıda “Dəmirci Tower”-də silahlı insident baş verib. Məlumata görə, hadisə binanın üçüncü mərtəbəsində İraq Hava Yollarının ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ərazidədir. (apa)

7.01.2017 14:35 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.08.2017
    23.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo