Məhkəmə sədri: "Qərar könüllü icra olunmadığı üçün məcburi şəkildə icra edilib"

Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib. 

F. Pənahov deyib ki, Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunub. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.
"Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim söyləyib. (apa)

7.01.2017 12:54 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo