Azərbaycanın Ukraynadan aldığı təyyarələr sertifikasiya prosesindədir

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın Ukraynanın "Antonov" aviakorporasiyasından aldığı hərbi yük təyyarələri sertifikasiya prosesindədir. 

Azadinform xəbər verir ki, bu barədə Fransanın "Les Echos" nəşri məlumat yayıb. Məlumata görə, hazırda Ukraynanın "Antonov" korporasiyası diqqətini "An-178" tipli hərbi təyyarənin istehsalına yönəldib: "Bu təyyarə xarakteristikalarına görə "Embraer KC-390" modelinə çox bənzəyir. Belə ki, təyyarə ilə 100 nəfər sərnişin və 16 ton yük daşına bilər. Layihənin reallaşdırılmasına 2010-cu ildən etibarən başlanıb. Lakin Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi layihəni təhlükəyə atdı. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Azərbaycandan daxil olan sifarişlərin hesabına layihəni xilas etmək mümkün oldu. Belə ki, Səudiyyə Ərəbistanı 30, Azərbaycan isə 10 ədəd təyyarə sifariş verib. Hazırda təyyarə sertifikasiya prosesindədir. Təyyarələr 2018-ci ilin ortalarından etibarən sifarişçilərə çatdırılacaq".

7.01.2017 10:15 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo