ABŞ-dakı silahlı insidentdə yaralıların sayı 45-ə çatıb

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb. 

Azadinform xəbər verir ki, bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir. 
“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.  
Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini  Esteban Santyaqo saxlanılıb.

7.01.2017 09:55 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo