Səfirlik Sekutanın geri çağırılacağı barədə məlumata münasibət bildirib

“ABŞ-ın xarici xidmətlər sahəsində uzun müddət yüksək səviyyədə çalışmış səfir Robert  Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir”. 

Bu barədə yeni prezident Donald Trampın inauqurasiya mərasimindən sonra xarici ölkələrdəki səfirləri, o cümlədən Robert Sekutanı geri çağıracağı barədə məlumatlarla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Bildirilir ki, ABŞ prezidentini təmsil edən səfirlər prezidentinin təyinatı əsasında çalışırlar.
Qeyd edək ki, “New-York Times” qəzeti bəzi diplomatlara istinadən yazıb ki, Donald Tramp  inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş  də göndərilib.
Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək. (apa)

6.01.2017 18:48 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.08.2017
    23.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo