Yağışdan sonra canlanan divarlar

Samir Soltanov/AZADİNFORM. Cənubi Koreyanın “OA: Lab” inşaat şirkətinin memarları ev tikintisi zamanı binaların fasadlarında “cibli” panellər layihələşdiriblər. 

Azadinform xarici mediaya istinadən xəbər verir ki, sözügedən panellər yağışdan əvvəl çox cansıxıcı və sönük görünürlər. Yağışdan sonra isə divarlarda yerləşdirilən rəngarəng çiçəklərə sanki yenidən həyat verilir. 

Məsələ burasındadır ki, hər panelin özəyində zəruri bitkilərin toxumları əkilib. 

Belə “şaquli bağlar” yalnız gözəllik deyil, həm də praktiki məqsədlər üçün də yaradılır. Onlar həm də meqapolislərdə karbon qazının miqdarını azaltmaq məqsədi daşıyır.

6.01.2017 18:28 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo