Mənzillərin qiymətinin artması üçün ciddi iqtisadi səbəb yoxdur

Samir Soltanov/AZADİNFORM. “Son 2 ildə mənzillərin qiymətində azalmalar müşahidə edilir. Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir”. 

Azadinform xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub: “Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır”. 

Ekspert qeyd edib ki, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq: “Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalmaları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.

6.01.2017 15:12 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo