Bayden: ABŞ Rusiyanın kiberhücumlarına gizli tədbirlərlə cavab verəcək

Rüstəm Əliyev / AZADİNFORM. “Birləşmiş Ştatlar Rusiyanın xaker hücumlarına yalnız rəsmi şəkildə yəni, 35 diplomatın xaric edilməsi və sanksiyaların tətbiq edilməsi ilə deyil “gizli tədbirlərlə” də cavab verəcək”.

Azadinform Ria-Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden deyib. O qeyd edib ki, həyata keçirdiyimiz bəzi tədbirlər sizə məlumdur, bəziləri haqda isə siz xəbər tutmayacaqsınız. Məlum olan tədbirlərə misal olaraq ABŞ rəsmisi rus diplomatlarının ölkəsindən xaric edilməsini göstərib. 

Qeyd edək ki, oktyabrda ABŞ-ın kəşfiyyat birliyinin rəsmi nümayəndələri bildiriblər ki, ölkənin seçki sisteminə təşkil olunan kiberhücumların arxasında “rusiyalı xakerlər” durur. ABŞ hakimiyyəti sübut göstərməmişdir ki, Rusiyanın prezident seçkilərinə təsir etmək məqsədi ilə həyata keçirilən xaker hücumlarına hansısa aidiyyəti var. Rusiya Federasiyasının prezidenti Vladimir Putin hücum ittihamları haqda danışarkən bildirib ki, yayımlanan məlumatlar Rusiyanın marağında deyil, bu isteriya onların məzmunundan fikir yayındırmaq üçün qaldırılır.

6.01.2017 13:10 / Baxılıb: 415 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo