Opera və Balet Teatrında Traviata operası nümayiş olunacaq

AZADİNFORM. Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, tamaşanın bədii səviyyəsinin daha da yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri - Ukrayanın xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın əməkdar artisti Dmitri Kuzmini (Alfred) dəvət edilib.

Tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.

Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

5.01.2017 17:20 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo