Neftin bir barelinin qiyməti 60 dollara qədər arta bilər

“OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu”. 

Bunu energetika naziri Natiq Əliyev deyib. Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq: “Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”. 

N. Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: “Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.(trend)

5.01.2017 15:20 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo