SOCAR ötən il nə qədər xam neft ixrac edib?

Eşqin Nuruşov/AZADİNFORM. SOCAR 2016-cı ilin dekabrında Novorossiysk limanından 79 min 846 ton, Supsa limanından 170 min 965 ton, Ceyhan limanından 1 milyon 290 min 954 ton xam neft ixrac edib. 

Azadinform Şirkətə istinadən xəbər verir ki, ümümilikdə yanvar-dekabrda Novorossiysk limanından 1 milyon 217 min 799 ton, Supsa limanından 2 milyon 383 min 854 ton, Ceyhan limanından 16 milyon 784 min 975 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

5.01.2017 12:17 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo