"İstanbulda terror aktı törədənin kimliyi məlumdur"

"İstanbulda terror aktı törədən şəxsin kimliyi məlumdur".

Azadinform xəbər verir ki, bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Türkiyənin digər müvafiq strukturları terror hücumunun təşkilatçılarının həbs edilməsi üzrə tədbirlər həyata keçirir. Bununla yanaşı, nazir terrorçunun adını qeyd etməyib.

Türkiyənin xarici işlər naziri ölkəsinin istər İŞİD, istər PKK, istərsə də FETÖ kimi terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcəyini bildirib.

4.01.2017 14:03 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo