Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb.

Azadinform-un xəbərinə görə, parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Qeyd edək ki,  fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti  yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da  üç ay müddətinə uzadılıb. 

4.01.2017 12:18 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo