Astara məktəblilərinə Dəcəl keçi təqdim edilib

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları Astara məktəblilərinə gənc yazıçı Pərvin Nurəliyevanın eyni adlı nağıl-pyesi əsasında hazırlanmış “Dəcəl keçi” tamaşasını təqdim ediblər.

Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Əsas rolları aktyorlardan Niftulla Əsgərov, Əbülfət Axundov, Qızılgül Quliyeva, Təranə Fərəcova, Nizami Qurbanov, Ülkər Quliyeva və başqaları oynayıblar.

Teatrın kollektivi “Dəcəl keçi” tamaşasını bayram günlərində cənub bölgəsinin digər rayonlarında da nümayiş etdirəcək.

3.01.2017 13:19 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo