Pasport rənglərinin önəmi

Hər ölkənin vətəndaşları müxtəlif rəngdə olan pasport daşıyır. Bu pasportları xarici ölkələrə gedərkən xüsusən aeroportdakı növbələrdə insanların əllərində görmüsünüz. Bəs pasportların rənginin fərqli olmasının səbəbləri ilə heç maraqlanmısınızmı?

Rənglərin nəyə əsasən seçilməsini dünya ölkələrinin pasportlarının interkativ bazası olan Passport İndex açıqlayıb.

Dünya ölkələrini pasportları əsasən 4 rəngdə - qırmızı, göy, yaşıl və qara olur. Hökumətin üstünlük verdiyi rəngin səbəbləri müxtəlifdir. Ancaq qərarın əsasında çografi, tarixi və siyasi motivlər dayanır.

Qırmızı rəng Avropa Birliyi ölkələri üçün seçilir. Göy çalarlı pasportlar isə Karib dənizi ölkələrinin vətəndaşları üçündür. Keçmiş kommunist ölkələri isə əsasən tünd zoğalı rəngə üstünlük verib. Tünd göy “yeni dünyanı” simvolizə edir. Bu rəngə Şimali və Cənubi Amerika və Okeaniya ölkələrinin hökumətləri üstünlük verir.

Bir çox ölkələrdə isə pasport rəngi etiqadla bağlıdır. Bir çox islam ölkələrində pasportlar yaşıl üzlüklü olur. Yaşıl rəngin Məhəmməd peyğəmbərin sevimli rəngi olduğu deyilir. Bu rəng təbiəti, həyatı simvolizə edir.

Bəzi ölkələrdə isə pasport rəngi millətin fərdiliyi və birbaşa gələcək hədəfləri ilə bağlıdır. Türkiyə Avropa Birliyinə daxil olma arzusunu 2010-cu ilə pasportların rəngini dəyişməklə də dünyaya bəyan edib. İndi bu ölkənin vətəndaşlarının pasportları qırmızı rəngdədir. Bəzi ölkələr isə pasporta rəng seçərkən onun daha asan əldə edilməsinə diqqət yetirirlər. Pasport buraxılışı çox çətindir və standartlara uyğun aparılmalıdır. Pasportun cildinin rəngini dəyişmək o qədər də asan deyil. (modern)

3.01.2017 12:54 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
    13.02.2017
    Tarixdə bu gün
    10.02.2017
    Tarixdə bu gün
     Xəbər lenti
    20.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo