Bu telefonlarda "WhatsApp" işləməyəcək

"WhatsApp" messenceri proqram təminatı köhnəlmiş smartfonlarda işləməyəcək.

Azadinform xəbər verir ki, bu barədə proqram müəlliflərinə istinadən "The Daily Express" məlumat yayıb.

Bu il "iPhone 3GS", "Windows Phone 7" əməliyyat sistemli mobil qurğular və 2.1 və 2.2 versiyalı "Android" əməliyyat sistemi ilə işləyən telefonlarda "WhatsApp"dan istifadə mümkün olmayacaq.

"Bu mobil qurğular tarixin mühüm hissəsi olub, lakin onlar gələcəkdə proqramın imkanlarının genişləndirilməsi üçün əlverişli deyillər", - deyə müəlliflər bildiriblər.

"Blackberry OS", "Blackberry 10", "Nokia S40" və "Nokia Symbian S60" platformalarında "WhatsApp"dan istifadənin müddəti 30 iyun 2017-ci ilədək uzadılıb.

2.01.2017 15:57 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo