Məhəbbət əfsanəsi baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

AZADİNFORM. Yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariin Teatrında SSRİ xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Azadinform-un teatrın saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də baş tutacaq nümayişdə Fərhad rolunda həmyerlimiz Timur Əsgərov çıxış edəcək.

12 yanvar tarixində repertuara daxil edilən səhnə əsərində isə Fərhad rolunu Andrey Yermakov, Şirin rolunu Yelena Yevseyeva ifa edəcək.

Tamaşanın dirijoru Boris Qruzindir.

Qeyd edək ki, Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi baletin premyerası 1961-ci martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariin Teatrında keçirilib.

2.01.2017 14:21 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo