Qax sakini -10 dərəcədə dağ çayında çimib

Qaxda yerli sakin təqribən mənfi 10 dərəcə temperaturda dağ çayına baş vurub.

Məlumata görə, rayonunun 39 yaşlı Ağçay kənd sakini Zaur İsaqov bu işin onun hobbisi olduğunu deyib.

Uzun illərdir idmanla məşğul olan Z.İsaqov Ağçaya girməzdən əvvəl qar vannası qəbul edib, sonra isə suya girib. Onun sözlərinə görə, bu hərəkətləri hansısa bir şəxs hazırlıqsız etsə, bu onun səhhətində ciddi problemlər yarada bilər. Qax sakini həm də qeyd edib ki, qış aylarında dağ çayında çimmək dənizə nisbətdə çox çətindir.

İyirmi üç ildir bu işlə məşğul olduğunu bildirən əlbəyaxa döyüş ustası, ildə iki dəfə dağ zirvələrindən axan çaylarda çimdiyini diqqətə çatdırıb. (report)

1.01.2017 17:26 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.03.2017
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo