Yeni ildə ilk körpə dünyaya gəldi

2017-ci ildə Quba rayonunda ilk körpə dünyaya gəlib.

Quba Perinatal Mərkəzindən verilən məlumata görə, 00:03 radələrində anadan olmuş ilk körpə Quba şəhəri, Memar Əcəmi, ev 32 ünvanında yaşayan Hüseynovların ailəsinə sevinc bəxş edib. Atası Hüseynov Azər İsmət oğlu, anası isə Hüseynova Aynur Elman qızıdır. Anadan olmuş uşaq qızdır, o, sağlamdır.

2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 1-nə keçən gecə saat 23:45 radələrində isə Quba rayonunda sonuncu körpə anadan olub. Quba şəhəri, ev 81 ünvanında yaşayan İlyasovlar ailəsinə sevinc bəxş edən oğlan uşağı saat 19:00 radələrində anadan olub. Onun çəkisi 3,6 kiloqram, boyu 0,50 santimetrdir. (report)

1.01.2017 10:08 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo