İlk dəfə əhval-ruhiyyəni oxuyan eynək təqdim ediləcək

İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır. Həm sadə, həm də tünd şüşə ilə təchiz edilmiş versiyalar nəzərdə tutulub. Yeni cihaz 2017-ci ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək.

“hi-news.ru” saytı yazır ki, yeni "ağıllı" eynək görünüşcə adi eynək kimi görsənir. Xüsusi kamera və ekranlara malik olmayan eynəyin çərçivəsində gizlədilmiş 5 datçik insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi tətbiqə göndərilir, bundan sonra həmin məlumatlar təhlil edilərək eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Aksessuarın çəkisi 36 qramdır və akkumulyatorun şarjı qurğunun 1 həftə avtonom işləməsinə kifayətdir. Eynək “Bluetooth” vasitəsi ilə smartfona qoşulur.

30.12.2016 20:12 / Baxılıb: 335 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.03.2017
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo