Teatr Beynəlxalq festivalda iştirak edəcək

Gültən Qədirli/AZADİNFORM. Azərbaycan Dövlət Musiqili Teatrı İranda keçiriləcək Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Teatrın Mətbuat katibliyindən Azadinform-a bildirilib ki, 13-18 yanvar tarixlərində Təbrizdə reallaşacaq 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq. 107 ildir səhnədə olan tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur. Rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.

29.12.2016 13:07 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo