"Facebook"da müəllif hüquqlarını pozan videolar silinəcək

Səsyazma studiyaları "Facebook" sosial şəbəkəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər.

Azadinform "Financial Times" nəşrinə istinadən xəbər verir ki, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb.

Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir.

Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq.

28.12.2016 23:34 / Baxılıb: 123 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo