Kainatda DİVAR aşkar edilib

Bir qrup astrofizik tərəfindən unikal kosmik obyekt olan qalaktik divar aşkar edilib. Bu barədə xarici KİV xəbər yayıb.

Astronomların sözlərinə görə, 830 qalaktikadan ibarət olan və bizim sistemimizdən 6,4 mlrd. işıq ili uzaqlıqda yerləşən superklaster kainatda elmə məlum olan ən iri obyektdir. Superklaster BOSS layihəsi çərçivəsində genişmiqyaslı tədqiqatlar nəticəsində aşkar edilib.

Aşkarlanan qalaktik divar öz ölçülərinə görə ən böyük hesab edilir. Onun kütləsi bizim qalaktikamızın kütləsindən on min dəfə çoxdur.

28.12.2016 09:10 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.03.2017
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo