TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər

Samir Soltanov/AZADİNFORM. Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər. 

Azadinform xəbər verir ki, bu barədə TRT-nin Bakı nümayəndəliyi məlumat yayıb. Nümayəndəlikdən bildirilib ki, telekanalın gələn ilin yanvar ayında rəqəmsal yayımı gözlənilir: "Hazırda danışıqlar aparılır, müvafiq sənədlərin imzalanacağı gözlənilir". 

Qeyd edək, rəqəmli yayımla bağlı müqaviləsi olmadığına görə noyabrın 1-dən TRT-1-in Azərbaycanda yayımı dayandırılıb. 

Xatırladaq ki, noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si isə bölgələrdə analoq TV yayımı dayandırılıb.

27.12.2016 18:34 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2017
    23.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo