İreli.az mükafata layiq görülüb

Eşqin Nuruşov/AZADİNFORM. “İRƏLİ” İctimai Birliyi 2016-cı ilin oktyabrında rəsmi veb səhifəsi olan www.ireli.az-ı yeniləyib. 

Azadinform Birliyə istinadən xəbər verir ki, yeni formata sahib olan veb səhifə gənclərin məlumat əldə etməsi baxımından daha rahat struktura malikdir. Multifuksional veb səhifə gənclərə bir çox yeni imkanlar aşılamaqdadır. Yeni elanlar, tədbirlər, xəbərlər, layihələr haqqında məlumat almaq, həmçinin üzvlərin qeydiyyatın həyata keçirilməsi proseduru daha da təkmilləşdirilib.

Nəzərə çatdıraq ki, artıq 8 ildir MilliNet internet mükafatı keçirilir və müxtəlif nominasiyalar üzrə namizədliyi irəli sürülmüş veb səhifələr arasından ən yaxşıları seçilir. 

Birlik öz rəsmi veb səhifəsini ən yaxşı ictimai-sosial nominasiyasında namizədliyini irəli sürüb. Qeyd edək ki, ötən gün Bakı Biznes Mərkəzində keçirilən qaliblərin elan olunması mərasimində ireli.az veb səhifəsinin namizəd olduğu nominasiya üzrə 1-ci yerə layiq görüldüyü açıqlanıb. Qaliblər sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.   

23.12.2016 17:20 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo