KİVDF müsabiqə qaliblərini mükafatlandırıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum bu il 10 müsabiqə elan edib. Onlardan üçü Fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu" və " Azərişıq" ASC-lərlə birgə keçirib: "Bu il "Multikulturalizm ili" ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, fond Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil olunub". 

V. Səfərli qeyd edib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib elan edilib. 100 qalib yazının kitab halında çap olunduğunu deyən KİVDF rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb. Kitabda 57 müəllifin yazısı var. 

O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub. Həmin yazılardan 114-ü qalib elan olunub. 

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.

23.12.2016 11:47 / Baxılıb: 320 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo