BDU-nun mətbuat xidməti 2016-cı ilin ən yaxşı mətbuat xidməti olub

Eşqin Nuruşov/AZADİNFORM. Qafqazın ən böyük təhsil "facebook" səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"nin mətbuat xidmətlərində apardığı sorğuların nəticələri açıqlanıb.

Səhifənin rəhbəri Zöhrab Süleymanın verdiyi məlumata görə sorğularda və bu il üçün 12 ayın statistikasında öndə olan, o cümlədən operativliyinə görə digər universitetləri qabaqlayan Bakı Dövlət Universitetinin mətbuat xidməti "2016-cı ilin ən yaxşı mətbuat xidməti" adına layiq görülüb. Azadinform BDU-ya istinadən xəbər verir ki,  Universitetin  mətbuat xidməti kütləvi informasiya vasitələri ilə müntəzəm əlaqə yaratmaq, əldə olunan yenilik və nailiyyətlərin mətbuatda işıqlandırılmasını təmin etmək məqsədi ilə  21 aprel 2000-ci ildə  yaradılıb. Bildirilir ki, xidmət 16 illik fəaliyyəti dövründə  yerli və xarici medianı universitet yenilikləri ilə təmin etmək, xarici qonaqlar və xarici səfərlərlə bağlı materiallar hazırlamaq, mətbuat konfransları və müsahibələr təşkil etmək, BDU-da aparılan islahatlar, kəşf və ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək, universitetin və şöbənin saytını idarə etmək, Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri yeniləmək, universitetlə bağlı KİV-də işıq üzü görmüş materialları arxivləşdirmək, sosial şəbəkələrdə universitet səhifələrini yeniləmək, Youtube-nin «Baku State University» kanalına universitet tədbirlərindən hazırlanmış TV videoları yerləşdirmək, mətbu materialların monitorinqini aparmaq və digər işləri həyata keçirir. 

Qeyd edək ki, xidmət tərəfindən indiyədək müxtəlif tədbirlər və müsabiqələr keçirilib, universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» (3 dildə) adlı kitab hazırlanıb, müxtəlif təşkilatların keçirdiyi sorğularda dəfələrlə “İlin mətbuat xidməti” adına layiq görülüb.

22.12.2016 15:56 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.03.2017
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo