Analoq TV-nin SONU ÇATDI

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada analoq TV yayım vericiləri söndürülür.

Dekabrın 20-dən Azərbaycan ərazisində analoq TV yayımın dayandırılması prosesi başa çatacaq və ölkə üzrə tam rəqəmli TV yayımı həyata keçiriləcək.

Yuxarıda qeyd olunan rayonlarda 10 Radio-televiziya yayım stansiyasında işləyən 65 analoq TV yayım stansiyası söndürülür.

Qeyd edək ki, noyabrın 1-də Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da isə Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir.

20.12.2016 09:50 / Baxılıb: 217 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo