Rusiyada müsəlman telekanalı yaradılır

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.

RİA Novosti-nin verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.

O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.

R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.

Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur. (trend)

19.12.2016 14:15 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.07.2017
    21.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo