Nazirlik yazı müsabiqəsində qalib gələn jurnalistləri mükafatlandırdı

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi – informasiya cəmiyyətinə keçid” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Azadinform xəbər verir ki, “Maraqlı Müəllif Yazısı” nominasiyası üzrə “AzerTac” İnformasiya Agentliyinin əməkdaşı Elvira Məmmədova, “İctimai TV”-nin əməkdaşı Şöhrət Eyvazov, “Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva, “www.modern.az” İnformasiya Agentliyinin əməkdaşı Namidə Bingöl, “Azadinform” İnformasiya Agentliyindən Leyla Məhərrəmova diplom və pul mükafatı ilə təltif olunublar. 

Yazı müsabiqəsində birinci yerin qalibi “525-ci qəzet”in əməkdaşı İsgəndər Həsənov, ikinci yerin qalibi “Trend” İnformasiya Agentliyinin əməkdaşı Hüseyn Vəliyev, üçüncü yerin qalibləri isə “Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı və “www.azvision.az” internet saytının əməkdaşı İlkin Nəcəfzadə olub. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Sonda qaliblərlə xatirə fotosu çəkdirilib.

16.12.2016 16:05 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
    22.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo