İndoneziya səfiri Qafqaz Universitetinin tələbələrini ölkəsinə dəvət etdi

Eşqin Nuruşov/AZADİNFORM. Qafqaz Universitetində təşkil olunmuş “Səfir saatı”nda İndoneziyada multikulturalizm və tolerantlıq mövzusu müzakirə edilib.

Azadinform xəbər verir ki, Universitetin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi tərəfindən təşkil olunmuş “Səfir saatı”nın ilk qonağı İndoneziyanın ölkəmizdəki 

səfiri Hüsnan Fənani idi. “İndoneziyada multikulturalizm, plüralizm və tolerantlıq”

mövzusunda mühazirə ilə çıxış edən səfir ölkəsinin dünyada mədəniyyət üzrə super güc olduğunu bildirib. Eyni zamanda, altı böyük din mənsublarını vahid çətir altında toplamağı bacarmış İndoneziya mədəniyyətinin Azərbaycan multikulturalizmi ilə ortaq xüsusiyyətlərə sahib olduğunu vurğulayıb.

Dinamik şəxsiyyəti ilə mühazirəsini daha da maraqlı edən səfir Qafqaz Universiteti tələbələrini

İndoneziyada təhsil imkanları ilə də tanış edərək onları ölkəsinə dəvət etdi. 

6.12.2016 17:28 / Baxılıb: 624 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo