İman, Torpaq və Zaman

İnsanlara münasibətdə eyni olan üçlük


İmanı torpaqla müqayisə etmək nə dərəcədə düzgündür? Zənnimcə, həyatımızın bu üç ən mühüm tərkib hissəsinə münasibətimizə dair düşüncələrimiz barədə danışmaq olardı. Bu, çox vaxt aparmayacaq. Torpaq öz xarakter və mahiyyətinə görə dünyada mövcud olan bütün canlı varlıqlara xidmət edir. O, buğda və narkotik bitkilər, qızılgül və tikan, insan və yırtıcı heyvan arasında fərq qoymur. Onun üzərində həm süd məhsulları fabriki, həm də kimyəvi silah istehsalı üzrə zavod tikmək, həm gözəl uşaq bağçası salmaq, həm də nüvə başlıqlı raket qurğusu yerləşdirmək olar. Prinsip etibarilə, bütün bunlar torpağın ilkin mahiyyətini zərrə qədər də olsun, dəyişmir.

O, heç kəsi heç nədən məhrum etmir, bir də ki, torpaq heç buna qadir də deyil.İman da, demək olar ki, belədir. Bəziləri ona istinad edərək xeyirxah işlər görür, ac və xəstələrə, yoxsul və imkansızlara yardım edir. Digərləri insanların imanından istifadə edərək pul qazanır və onu şəxsi məqsədlərini reallaşdırmaq üçün bir alətə çevirirlər. Üçüncülər isə guya həmin iman naminə silahlı dəstələr və terrorçular hazırlayırlar.ə, heç bir bəşər istəyinə yox demir, hamıya seçim azadlığı hüququ verir. İnsan yaradılandan sonra meydana çıxan mədəniyyət və sivilizasiya kimi torpaq və iman da cəmiyyətlə münasibətdə hər zaman şaquli vəziyyətdədir, yəni hamıya təmənnasız xidmət edir. Əslində, mədəniyyətlər və digər sosial-siyasi infrastrukturlar bu münbit torpaqda və sağlam iman zəminində yaradılır.

Hər şey yalnız vertikal strukturlara – insan ağlının və əlinin yaratdıqlarına dəstək üçün mövcud olan müxtəlif dini və siyasi sistemlərin fəaliyyətinin nəticəsidir. Başqa sözlə desək, din və siyasət də həmin münbit torpaq üzərində inkişaf edir. Hər bir insan həyati əhəmiyyətli substansiyaların: mücərrəd (imanın) və maddi (torpağın) – tükənməz enerjisi ilə qidalanır.əbəbdən insan torpaq və imanı onlar sayəsində yaranıb inkişaf edənlərlə qarışdırmamalıdır. Bunlar iki, deyərdim ki, ilahi substansiyaların törəmələri olsalar da, yeni mahiyyət və yeni məna yükü daşıyırlar.

Həqiqi imandan kənardakı və müqəddəs torpaq üzərindəki hər şey (zənnimcə, bütövlükdə torpağın özü müqəddəsdir) yalnız insanın müxtəlif tələbatlarını ödəməyə xidmət edir. İnsan və cəmiyyətin inkişaf tarixindən məlumdur ki, bəşərin tələbatları həmişə fərqli, ziddiyyətli, bəzən də olduqca münaqişəli olmuşdur. Bütün bunları müşayiət edən Zaman isə bizim istəklərimizə, ümumiyyətlə, tabe deyil. Ən yaxşı halda o, sadəcə yaxşı və xeyirxah, qərəzli və ya cinayətkar əməllərimizin meyarı rolunu oynaya bilər. Məlumdur ki, dünyada hər şey bizim istək və tələbatlarımıza tabe olmayan zaman və məkanda baş verir. Onlar isə öz-özünə, heç kimdən asılı olmayaraq mövcuddurlar.əlifliyə baxmayaraq, İman, Torpaq və Zaman bir-birinə çox bənzəyir. Onlar sərbəst şəkildə, heç kimə bağlanmadan mahiyyətcə müstəqildirlər. Məsələn, insanlar könüllü olaraq imana gəlir, məcazi mənada desək, ona təslim olur və tarix göstərir ki, insan özünün bu cür asılı vəziyyətindən razı qalır. Zənnimcə, iman məsələlərində əsas odur ki, insan onu ciddi rejimli mənəvi həbsxanaya çevirməsin. İman öz təbiətinə görə insanlara rahatlıq və sevinc, azadlıq və fərdi müstəqillik verməlidir. O, insan tərəfindən qisas və düşmənçilik, hakimiyyət və nifrət aləti kimi istifadə olunmamalıdır. Müdriklər deyirlər ki, iman adətən belə insanları elə ehtiyatla tərk edir ki, onlar çox zaman bunu heç hiss etmirlər. Vəziyyət aydınlaşanda isə bəşər övladı özündə iman və mənəviyyatın yoxluğunu anlayır, zaman artıq onun əməllərinin ölçü vahidi olmur. Həmin an dünya onun ayaqları altında qızmar oda çevrilir və o, yaxşılıqlarını qiymətləndirə bilmədiyi iman, torpaq və zamandan ayrılmaq məcburiyyətində qalır.əəssüf ki, torpağa, imana, zamana və nəhayətdə özünə qəsd edən bu cür insanları tez-tez televizorda görürük, bir çoxları isə şüurlu məxluq olan zavallı insanın qeyb olması səhnəsinin canlı şahidi olur. Belə insanlar naməlum dünyaya gedərkən özləri ilə bacardıqları qədər çox “yol yoldaşı” aparmağa çalışır və sanki bu yolla həyat, iman və zamanla hesablaşmaq istədiklərini nümayiş etdirirlər. Lakin belələri bütün varlığı ilə nifrət etdiyi torpağın bir hissəsi olmaq məcburiyyətindədirlər. Qəribə də olsa, müqəddəs torpaq bu cür insana da yox demir, onu ağuşuna alıb “hirsini” soyudur, əbədiyyətə qovuşdurur və yalnız yaşayanlara yararlı olmağı öyrədir, həyat dərsi verir, yenidən Yaradan qarşısında zühur etməyə hazırlaşdırır. İnsanın torpaq, iman və zamanla qarşılıqlı münasibətləri haqqında danışarkən minlərlə bu cür misallar gətirmək, nəhayətsiz söhbət etmək və yazmaq olar. Lakin güman edirəm ki, artıq nöqtə qoymaq vaxtıdır.ə bir qədər qəmgin sonluqla bitdi. Ümid edək ki, hətta ən ağıllı və yüksək şüurlu insanın dəhşətli sonu da hansısa bir yeniliyin başlanğıcı, ən azından, bu dünyada qalanlar üçün əlavə tədris vəsaiti ola bilər.

Bizdən əvvəlki nəsillərin yaşadığı zaman göstərir ki, çox vaxt birinin “həyat kitabı”nın bağlanması ilə, milyonlarla insan daha yaxşı yaşamaq şansı əldə edə bilər.ğın təbii vəhdəti fonunda keçən dünyəvi həyatımızın həqiqəti bəlkə də elə bunlardır. Əsas odur ki, iman da torpaq və zaman kimi yer üzündə yaşayan bütün insanlara qarşı eyni dərəcədə səxavətlidir. Onların təbiətində pislik anlayışı mövcud deyil. Əgər hər birimiz bu həyat həqiqətini az da olsa dərk etsək, yəqin ki, yaşamaq və hətta ölmək belə çox asanlaşar!

Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor

29.10.2016 16:27 / Baxılıb: 684 / Çap
 
Bu bölmədə
1.12.2017
Muzeydə dərs
 Xəbər lenti
11.12.2017
10.12.2017
9.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo