Enrikedən etiraf: "Qalib gəlməyimiz ədalətsizlik olardı"

Samir Soltanov/AZADİNFORM. "Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 13-cü turunda "Real" Sosyedad"la oyundan (1:1) sonra açıqlama verib. 

Azadinform İspaniya mətbuatına istinadən xəbər verir ki, o, heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu deyib: "Bu oyunun 1:1 hesabı ilə bitməsi belə bizim üçün möcüzədir. Qalib gəlməyimiz ədalətsizlik olardı. "Real Sosyedad"ı təbrik edirəm. Ard-arda 5 dəqiq ötürmə də verə bilmədik. “Barselona”nın baş məşqçisi kimi, ilk dəfə etiraf edirəm ki, rəqib bizi oyun baxımından üstələdi".  
L.Enrika növbəti turda qarşılaşacaqları "Real"la oyun haqda da danışıb: "Yenidən ayağa qalxmalıyıq. Ən pis oyunumuzu oynadıq, ancaq "El-Klassiko"da fərqli "Barselona" görəcəyinizə əmin ola bilərsiz". 
Qeyd edək ki, "Barsa" 10 ildir "Real Sosyedad"ı səfərdə uda bilmir. 
Əlavə edək ki, "Barselona" - "Real" görüşü dekabrın 3-ü keçiriləcək.

28.11.2016 18:44 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.01.2017
    22.01.2017
    21.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo