Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

AZADİNFORM. Fevralın 4-də Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı Almaniyanın Köln şəhərində “Dünya Azərbaycanlılarının Köln Forumu”  keçiriləcək. Bu barədə Azadinform-a DAA-nın prezidenti  Rəşad Quliyev  məlumat  verib.

R.Quliyev bildirib ki, tədbirdə  dünyanın  müxtəlif  ölkələrində  yaşayan  azərbaycanlı  diaspor  fəalları ilə yanaşı, Almaniyada  fəaliyyət  göstərən  siyasi  partiyaların, qeyri-hökumət  təşkilatlarının  təmsilçiləri, millət vəkilləri, bir sıra beynəlxalq  qurumların  nümayəndələri   iştirak  edəcək. 

Forumun  ilk  iki saatında “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi,  incəsənəti,  turist  bölgələrinin  təqdimatı  olacaq. 

Daha  sonra  almanların Azərbaycana  köç  etməsinin  200 ilinin tamam olmasına həsr  olunan film nümayiş olunacaq.  

Tədbirdə  həmçinin  “Mədəniyyətlər və dinlərarası dialoq: Azərbaycan nümunəsi” mövzusunda müzakirələr nəzərdə tutulub. 

Forumda digər məsələlər də müzakirə olunacaq. Bunlar əsasən Dünya Azərbaycanlılarının durumu, problemləri, onların həlli yolları, qarşıda duran vəzifələr, Gürcüstan, İran, Dərbənddə, İraqda,  eləcədə başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti; Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi; DAA- nın fəaliyyət strategiyası, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsidir. 

Bu forumun digər məqsədi dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına tövhə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir.

Tolantıya Azərbaycan hökumət nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri  dəvət olunacaqlar. 

3.11.2016 11:28 / Baxılıb: 777 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo