Bəstəkar Pərviz Mahmudov: Bu mövsüm də ancaq mənim mahnılarım səslənəcək

AZADİNFORM. Aygün Kazımovanın ifasında “Alışdırma”, Röyanın “Bəlkə də”, “Bir il keçdi”, Sevda Yəhyayevanın “O zaman”, “Sənsiz”, “Buz kimi”, Günay İbrahimlinin “İzlər ”, “Səndən öncə, səndən sonra”, İlhamə Qasımovanın “Səni sevdim” kimi populyar hitlərinin bəstəkarı Pərviz Mahmudov bir neçə yeni mahnı üzərində çalışır.

O, “Azadinform”a açıqlamasında bu kompozisiyaların da digərləri kimi populyarlıq qazanacağına əmin olduğunu bildirdi. Gənc bəstəkar həmkarlarına məsləhət verməyi də unutmadı: “ Yeni mahnılar gəlir. Həmkarlarım məndən inciməsinlər, bu mövsüm də radiolarda ancaq mənim mahnılarım səslənəcək. Bu mövzuya ona görə toxundum ki, çünki artıq son  söhbətlərdən qulaqlarım ağrıyır – “Pərviz bütün müğənniləri zəbt edib” – deyirlər. Siz də öz üzərinizdə işləyin, yaxşı olacaq”.
Pərviz Mahmudov indiyədək onun mahnılarını ifa edən müğənnilər arasında ürəyincə olan və olmayanları olduğunu da etiraf edib. Amma bəstəkar onların adını açıqlamaq istəmədi. O, həmçinin yazdığı mahnılara klipin çəkilib-çəkilməməyinə də münasibətini açıqladı: “Mənim indiyə qədər təqdim etdiyim heç bir mahnı havada qalmayıb. Yazdığı mahnıların əksəriyyətinin ekran versiyası hazırlanıb, amma klipin çəkilməsinin mənim üçün fərqi yoxdur. Əsas odur ki, mahnı sevilib. Mən sadəcə, mahnının ifası və aranjemanı ilə maraqlanıram. Qalanı müğənninin öz işidir”.
Bu yaxınlarda iki Xalq artisti də Pərviz Mahmudovun bəstəsini ifa edəcək. Sənətçilərin adını açıqlamaq istəməyən bəstəkar onun mahnılarının ən uğurlu ifaçılarının isə adlarını deməkdən çəkinmədi: “Yeni bəstələrim çıxana yaxın iki Xalq artistinin adını deyəcəyəm. Amma mənim mahnılarımın uğurlu ifaçıları arasında Sevda Yəhyayeva, Röya, Aygün Kazımova, Günay İbrahimli, İlhamə Qasımovanın adını deyə bilərəm. Kişi müğənniləri arasında yeganə olaraq Xalid Hacıyev mahnılarımdan birini ifa edib və çox gözəl alınıb”.
Pərviz Mahmudov müğənninin populyarlığından asılı olmayaraq mahnılarına qiymət qoymadığını da bildirdi. O, bəstələrinin sevilməyinin sirlərini də açıqladı: “Mən öz işimi çox qiymətləndirirəm. Bu gün öz həmyaşıdlarım arasında ən yüksək qonorarı mənim mahnılarım üçün verirlər və müğənnilərə ən çox mahnı da mən təqdim edirəm. Mahnılarımda indiyədək qiymət fərqi olmayıb. Mən bəstəkarlığa başladığım gündən işimi belə qurmuşam. İlk mahnılarımı da belə yaxşı qonorara vermişəm. Düzdür, artıq qiymətlər dəyişib, amma indi də yaxşı qiymətə satmışam. Mən bu gün yeganə musiqi müəllifiyəm ki, mənim üçün ifaçıların populyar olub-olmamasının fərqi yoxdur”. 

11.11.2011 16:46 / Baxılıb: 938 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo