Prezident Statoil Hydro şirkətinin Baş icraçı direktorunu qəbul edib


AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Norveçin “Statoil Hydro” şirkətinin Baş icraçı direktoru Helge Lundu qəbul edib.

 “Azadinform” xəbər verir ki, görüşdə Helge Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
O, dövlətimizin başçısı ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladıb. H.Lund təmsil etdiyi “Statoil Hydro” şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq edib. Azərbaycan Prezidenti “Statoil Hydro” şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə “Statoil Hydro” şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

10.11.2011 17:15 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo