Rasim Ağayev: ABŞ çalışır ki, böhranı öz sərhədlərindən kənara atsın

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün ABŞ və Avropada yaşanan böhranlar gözlənilən hadisələrdir. Hələ XIX əsrdə sosial-demokratlar demişdilər ki, kapitalizm bir sistem kimi vaxtaşırı böhranlara uğrayacaq.

Müxtəlif dövrlərdə SSRİ-nin dağılması, yeni müstəmləkəçilik siyasətlərinin nəticələri ilə ABŞ və Avropa müəyyən mənada bu böhranları müvəqqəti gecikdirirdi. Ancaq nə qədər yubadılsa da, bu, gəlməli idi və ABŞ-ın bu gün artıq 80 trilyon borcu var”. Bunları “Azadinform”a müsahibəsində politoloq Rasim Ağayev bildirib. O qeyd edib ki, bu ölkələrin əhalisinin istehlak kreditlərinin ödənilməsi tələbi indi məcburən İspaniyada, İtaliyada, İrlandiyada və Yunanıstanda ciddi böhranlara yol açdı: “Bu kimi ölkələrdə hakimiyyətlər istəyirlər ki, böhranın bütün məsuliyyətini vətəndaşların çiyninə qoysunlar və həm də elə bir halda ki, imkanlılar bu məsuliyyətlərdən kənar tutulur. Bu da sosial ədalətsizlik doğurur. Belə böhrandan xalqlar ancaq ədalətli bölgü ilə çıxa bilərlər” - deyə R.Ağayev vurğulayıb.
ABŞ-da yaşanan böhranın həllində ədalətsizlik olduğunu vurğulayan ekspert deyir ki, bu ölkəni bürüyən “Uoll Sriti işğal et!” hərəkatı genişlənəcək. “Gənclər, xüsusilə də Amerikada insanlar ac yaşamağa alışmayıblar. Amerikalılar deyir ki, mənim işimi ver, pulumu ver, yaşayışımı ver. Amma bu hərəkatın hökumət, hakimiyyət, sistem böhranına gətirə biləcəyini düşünmək sadəlövhlük olardı. Çünki Amerikada çalışırlar bu böhranı sərhədlərdən kənara ötürsünlər. İran əleyhinə müharibə başlanması, Yaxın Şərqdə gedən müharibələr, Ərəb dünyasındakı “inqilab”lar elə bu məqsədi güdür. Bununla bütün neft və neft yataqlarını ələ keçirib dünyada bütün maliyyə sistemini nəzarətdə saxlayaraq nizamlasınlar. Ona görə də daha doğru olar deyək ki, sistem və hakimiyyət dəyişiklikləri ABŞ sərhədlərindən kənarda baş verəcək” - deyə R.Ağayev əlavə edib.

10.11.2011 11:07 / Baxılıb: 333 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo